12 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü kimi qeyd olunur.
Bu münasibətlə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Agentliyin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar.