Güzəştli mənzillərlə bağlı vətəndaşların suallarının “ASAN xidmət” mərkəzlərində cavablandırılması işinə start verildi.
Müsabiqə əsasında seçilmiş və qısa müddət ərzində təlimlərdə iştirak edərək işə cəlb edilmiş gənc kadrlar 10 mart 2017-ci il tarixindən etibarən Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə, habelə Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara xidmət göstərməyə başlayıblar. Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramı üçün hazırlanmış süjeti diqqətinizə təqdim edirik.