Yasamal Yaşayış Kompleksindəki mənzillərin seçim prosesləri ilə bağlı video-çarx hazırlanmışdır04/11/2019, 15:12

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindəki mənzillərin bugünədək 5 satışı həyata keçirilmişdir.

Güzəştli mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.  

Seçim prosesləri ilə bağlı hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019