“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının iclası keçirildi17/09/2019, 15:32

16 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirildi.

İclası açıq elan edən Müşahidə Şurasının sədri Çingiz Qədimov 2019-cu ilin 16 oktyabr tarixində Yasamal Yaşayış Kompleksində mənzillərin növbəti satışının uğurla həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və bunun üçün aidiyyəti qurumlarla koordinasiyalı iş şəraitinin təşkilinin vacibliyinə toxundu.

İclasın gündəliyinə uyğun olaraq, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun cari ilin yanvar-avqust ayları ərzində Cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənildi. Məlumat verildi ki, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin və Suraxanı rayonunda 20 ha ərazidə Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. Bununla yanaşı, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi, Gəncə şəhərində ayrılmış 6,23 ha ərazidə isə tikinti layihəsinin həyata keçirilməsinin təşkili ilə əlaqədar işlər həyata keçirilir.

Müşahidə Şurasının üzvləri “MİDA” MMC-nin direktorunun hesabatını nəzərə alaraq, Cəmiyyətin fəaliyyətini qənaətbəxş hesab etmiş və işlərin bundan sonra da lazımi qaydada yerinə yetirilməsinin vacibliyini qeyd etmişlər.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019