Güzəştli mənzilə sahib olmaq istəyən vətəndaşların sualları Gəncə “ASAN xidmət” mərkəzində də cavablandırılacaq24/09/2019, 11:54

Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə 23 sentyabr 2019-cu il tarixindən etibarən Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir.

Paralel olaraq Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.

Bununla yanaşı, “ASAN xidmət”in “Çağrı” mərkəzi, habelə “MİDA-nın “Facebook”, “Instagram” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə də vətəndaşlara xidmət göstərilir. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan ödənişsiz “108” nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına  cavab tapa bilərlər.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019