Vətəndaşların nəzərinə!11/06/2019, 09:00

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün bu gündən etibarən agent banklara müraciət edə bilərlər.

Həmin şəxslər ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidirlər. Agent bankların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019