Vətəndaşların nəzərinə!03/06/2019, 12:32

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilmişdir.

Ölkə başçısının bu Fərmanının icrasını təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemində müvafiq zəruri dəyişikliklər aparılmışdır.

Belə ki, istifadəçilərin elektron kabinetlərində ilkin razılıq qərarı və gözləmə qaydasında mənzil seçimi bölmələri yerləşdirilmişdir.

Yaxın vaxtlarda istifadəçilərə ilkin razılıq qərarının alınması məqsədilə agent banklara müraciət etmələri üçün məlumat veriləcək.

Bununla yanaşı, ilkin razılıq qərarının alınması və gözləmə qaydasında mənzil seçimi ilə bağlı yazılı və video təlimatlar vətəndaşlara təqdim ediləcək.

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019