Vətəndaşların nəzərinə!23/05/2019, 11:23

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərdən biri mənzillərin gözləmə qaydasında seçimi ilə bağlıdır.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş, mənzil seçimi üsulu  və layihəni seçərək mənzili axtarır. Mənzil gözləmə qaydasında seçim üçün aktiv olduqda, istifadəçi həmin mənzilə baxış keçirə bilər. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra  istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019