Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov “CEO Lunch Baku”nun fəxri qonağı olub20/02/2019, 16:54

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov Caspian European Club-un 2019-cu il fevralın 20-də təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.

Tədbir Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub.

Sadiq Sadıqov tədbirdə çıxış edərək Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. “CEO Lunch Baku”nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.

Biznes-forumda Sadiq Sadıqova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.

 

    

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019