Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Azərbaycan Gəncləri Gününə həsr edilmiş ağacəkmə aksiyasını təşkil etdi01/02/2019, 12:55

01 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı tərəfindən 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunan ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunmuşdur.

  

Tədbirin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının «700 min ağac əkək» kampaniyası çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhvə vermək, ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.

Aksiyada partiyanın Nəsimi rayonunda fəaliyyət göstərən bütün təşkilatlarının üzvləri, o cümlədən Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin partiya fəalları iştirak edib. 

  

Aksiya zamanı 200-dən çox yeni ağac əkilmiş, ərazidə olan  Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitkiyə qulluq göstərilmiş, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılmışdır.

  

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019