Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi Rayon Təşkilatının 1990-cı il 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş birgə tədbiri keçirilmişdir18/01/2019, 11:00

Məlumdur ki, 1990-cı ilin 20 yanvarında ermənipərəst Sovet Ordusu ölkəmizdə dinc və mülki insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir.

Buna baxmayaraq əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş qoşunun qarşısında çəkilmədi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan xalqının qan yaddaşına əbədi yazılan bu qəhrəmanlıq tarixi haqqında hər il ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Bu faciəvi, eyni zamanda xalqın əzmkarlıqla öz azadlığı və müstəqilliyi uğrunda mücadilə tarixindən 29 il keçsə də, 20 Yanvar faciəsində həlak olanlar, yaralananlar, qazilər, bütövlükdə xalqımızın mübarizliyi müxtəlif səviyyələrdə, istər respublikamızda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının 15.01.2019-cu il tarixində birgə keçirdiyi tədbirin məqsədi də bu tarixi təbliğ etməklə, 20 Yanvar şərəf və qəhrəmanlıq tariximizin müstəqilliyimizin qazanılmasında rolunun və əhəmiyyətinin yetişməkdə olan gənc nəsillərə çatdırılmasıdır.

    

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri, Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmisi, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri çıxış edərək iştirakçılara və xüsusilə də gənclərə 20 Yanvar – Ümumxalq Hüzn Gününün tarixi və əhəmiyyəti barədə məlumat verdilər. Tədbirdə Qanlı Yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ailə üzvləri və əlil olmuş şəxslərdə iştirak edirdilər. 

    

Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən onlara müvafiq yardım edildi.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019