Vətəndaşların nəzərinə!25/12/2018, 17:00

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılmışdır.

Əgər Siz mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, Elektron İmza və ya Asan İmza sertifikatlarınızdan və texniki avadanlıqlarınızdan istifadə bacarıqlarınızı təkmilləşdirmək istəyirsinizsə 27 dekabr 2018-ci il tarixində saat 11-00-dan saat 11-30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi etməyiniz xahiş olunur.

Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi 25 yanvar 2019-cu il tarixində Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında “108” çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2019