İdarə Heyəti sədrinin müraciəti

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin internet səhifəsini ziyarət etdiyiniz üçün Sizə təşəkkür edirik!

Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək əhalinin müvafiq sosial qruplarının maraqlarına xidmət etmək məqsədilə qarşımıza qoyulan bu mühüm vəzifələrin yerinə yetirilməsi olduqca şərəfli və eyni zamanda məsuliyyətli bir işdir.

Əsas vəzifələrimiz sırasında həyata keçirilən inşaat layihələrində işin səmərəli və yüksək keyfiyyətlə aparılmasının, tikililərin estetik gözəlliyinin, müasirliyinin, milli memarlıq üslubunun təmin edilməsi, salınacaq yaşayış komplekslərində vətəndaşların rahatlığı üçün zəruri şəraitin yaradılması, o cümlədən şəhərsalma normalarına uyğun olaraq geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi xüsusi vurğulana bilər. Eyni zamanda, tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi imkanlarının təmin edilməsi də Agentliyin əsas vəzifələrindən biridir.

Öz işini şəffaflıq, etibarlılıq və ədalət prinsipləri əsasında quran Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti barədə Siz internet səhifəmizdən ətarflı məlumat əldə edə bilərsiniz. Bu səhifə vasitəsilə Siz Agentliyin fəaliyyəti barədə yeniliklərlə və həyata keçirilən layihələrlə yaxından tanış olmaq, Sizi maraqlandıran suallara cavab tapmaq imkanını əldə etməklə yanaşı, müvafiq layihələrin icra mərhələsi, habelə perspektiv planlar barədə də məlumat əldə edə biləcəksiniz.

Sadiq Sadıqov
Azərbaycan Respublikasının 
Mənzil İnşaatı Dövlət Agentliyinin 
İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

© 2023
Fon rəngi

Mətn ölçüsü


Mətn boşluğu


Xətt hündürlüyü