Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1,4,5 və 6 saylı binaları üzrə ümumilikdə 477 mənzilin 18.12.2020-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçimi uğurla başa çatmışdır.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 10.09.2020 və 14.09.2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ötən il ərzində fəaliyyətinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş videokonfrans formatında iclası keçirilmişdir.