Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi Rayon Təşkilatının 1990-cı il 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş birgə tədbiri keçirilmişdir17/01/2018

Məlumdur ki, Sovet İttifaqının çöküşü dövründə xalqımız da öz azadlığı və müstəqilliyi uğrunda Sovet imperializminə qarşı mübarizəyə qalxmışdır.  

Milyonlarlarla mülki insanın iştirak etdiyi bu dinc mitinqlərdə xalqımız respublikamızın müstəqilliyi uğrunda öz arzu və amallarını ifadə edirdi. Bu etirazlara dözməyən, Azərbaycan xalqına və onun liderinə, görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevə qarşı şəxsi ədavəti olan cinayətkar və ermənipərəst Qorbaçov rejimi Sovet Ordusuna tapşırıq vermiş və bunun nəticəsində xalqımıza qarşı çox ağır hərbi cinayət törədilmişdi.

Tarixə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar gecəsində  Sovet Ordusu tərəfindən hər cür odlu silahlarla mülki insanlara kütləvi atəş açılmış, 147 nəfər qətlə yetirilmiş, yüzlərlə insan ağır yaralanmışdır. Bugünədək də onlarla itkin düşmüş insanın taleyihaqqında heç bir məlumat yoxdur.

Çox təəssüf ki, bir müddət o dövrün səriştəsiz dövlət rəhbərliyi susqunluq göstərmiş, bu cinayətlə bağlı heç bir konkret tədbir görülməmişdir. Azərbaycanda baş vermiş bu faciəyəyə əsl siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra verilmişdir.

Məhz 1993-cü ildən başlayaraq, bugünədək hər il Qanlı Yanvar hadisələri ölkəmizdə çox yüksək səviyyədə yad edilir. Hər il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə xüsusi tədbirlər planı həyata keçirilir. Qəhrəmanlıq rəmzi olan 20 Yanvar faciəsinin baş verdiyi gündən 28 il keçsə də hər il həm respublikamızda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hörmət və ehtiramla yad edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının 17.01.2018-ci il tarixində birgə keçirdiyi tədbirin məqsədi də bu tarixi təbliğ etməklə, 20 Yanvar şərəf və qəhrəmalıq tariximizin müstəqilliyimizin qazanılmasında rolunun və əhəmiyyətinin yetişməkdə olan gənc nəsillərə çatdırılmasıdır.

 

               

Tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə Anım gününü davam etdirdilər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri, Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmisi, Azərbaycan Dillər Universitetinin nümayəndəsi və 20 Yanvar şəhidi Şövkət Ağayevin qızı Sevinc Ağayeva çıxış edərək iştirakçılara və xüsusilə də gənclərə 20 Yanvar – Ümumxalq Hüzn Gününün tarixi və əhəmiyyəti barədə məlumat verdilər. Tədbirdə Qanlı Yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ailə üzvləri və əlil olmuş şəxslərdə iştirak edirdilər.

              

Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən onlara müvafiq yardım edildi. 

                          

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2018