Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Rusiyada keçirilən beynəlxalq forumda təmsil olundu27/09/2016

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Comərd Əliyev 24-26 sentyabr 2016-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Çoxtərəfliliyin harmoniyası” adlı beynəlxalq forumda iştirak etmişdir.

Sankt-Peterburq şəhər meriyasının təşkil etdiyi tədbirin əsas mövzusu “Ekstremal urbanizasiya” olub. Artıq ikinci dəfə keçirilən bu foruma şəhərsalma layihələrinin hazırlanması və tarixi irsin qorunması üzrə bir çox ölkələrin aparıcı mütəxəssisləri, şəhərlərin və digər yaşayış məskənlərinin kompleks inkişafını tədqiq edən təşkilatların rəhbərləri, memarlıq və planlaşdırma sahəsində ixtisaslaşmış beynəlxalq fondların və institutların nümayəndələri qatılmışdır. 3 gün davam edən forumda Amerika, Avropa və Asiya regionundan 100-dən çox beynəlxalq ekspert iştirak etmişdir. Tədbirə qatılan Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmisi forum çərçivəsində keçirilən seminarlarda iştrak etməklə yanaşı, aparıcı mütəxəssislərlə ikitərəfli və çoxtərfli görüşlər keçirmiş, şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı dünya təcrübəsi ilə daha yaxından tanış olmaq məqsədilə geniş fikir mübadiləsi aparmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2017