Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işini müasir qlobal tendensiyaları və bu sahədə qabaqcıl dünya təcrübəsini nəzərə alaraq təşkil edir. Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində geniş təcrübəyə malikdir. Ötən müddət ərzində Agentlik Almaniya, Sinqapur, Türkiyə, Rusiya, Braziliya, Meksika, Mərakeş və bir çox digər ölkələrin təcrübəsinin təhlilini aparmış, bəzi xarici tərəfdaşlarla ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə əlaqələr qurulmuşdur.

Eyni zamanda Agentliyin fəaliyyətinin effektiv təşkil edilməsi, mənzil tikintisi sahəsində müasir standartların öyrənilməsi və tətbiq edilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının araşdırılması işinə də başlanılmışdır. Azərbaycanda da bu sistemin davamlı olması, iqtisadi risklərə dözümlü təşkil olunması məqsədilə sosial mənzillərin inşası prosesinin maliyyələşdirilməsi mexanizminin öyrənilməsi üçün artıq bir neçə beynəlxalq maliyyə institutu və iri maliyyə şirkətləri ilə ikitərəfli münasibətlərin qurulmasına start verilmişdir.

Beynəlxalq təcrübənin daha yaxından öyrənilməsi, müvafiq xarici təşkilatlarla və investorlarla əməkdaşlığın qurulması və genişləndirilməsi Agentliyin əsas prioritetlərindən biridir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Rusiyada keçirilən beynəlxalq forumda təmsil olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Rusiyada keçirilən beynəlxalq forumda təmsil olundu 27/09/2016
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Comərd Əliyev 24-26 sentyabr 2016-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Çoxtərəfliliyin harmoniyası” adlı beynəlxalq forumda iştirak etmişdir....
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Türkiyə təcrübəsini öyrənir
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Türkiyə təcrübəsini öyrənir 12/05/2016
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru cənab Samir Nuriyev ilk işgüzar səfərini 09-11 may tarixində Türkiyənin Ankara şəhərinə etmişdir. Səfərin məqsədi qonşu ölkənin sosial mənzillərin tikintisi sahəsində malik olduğu çoxillik təcrübəsini öyrənmək, bu sahədə dövlət siyasətinin formalaşması və icrası mərhələləri ilə yaxından tanış olmaq idi....
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi

© 2016